Hadisə, Kriminal

Əlverişsiz hava şəraiti qəzaya səbəb oldu - VİDEO - FOTO

13 Mart 2018 14:32
0 Şərh     Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər saat 05:00 radələrində Şəkinin İnçə kəndi ərazisində qəza baş verib.

Milli.Az ARB Şəki-yə istinadla xəbər verir ki, Qax rayonu, Baydarlı kənd sakini Vəliyev Elməddin Vəli oğlunun idarə etdiyi 90 VA 676 dövlət nömrə nişanlı avtomobil körpüdən aşıb.

Nəticə sürücü və avtomobildə olan 2 sərnişin 25 yaşlı Əhmədli Xəzər Azər oğlu, 21 yaşlı Yusifov Anar Akif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Qəzanın baş verməsinə səbəb əlverişsiz hava şəraiti göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Əlverişsiz hava şəraiti qəzaya səbəb oldu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.