Hadisə, Kriminal

Cəlilabadda inək üstündə dava: Xəsarət alan va

11 Mart 2018 18:47
0 Şərh     Baxış: 1 799

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Kazımabad kəndində qeydə alınıb.

İlkin məlumata görə, 30 yaşlı kənd sakini Kərimov Vüsal Bəylər oğlu ilə həmkəndlisi Gündüz Nazim oğlu Hüseynov arasında düşən mübahisə birincinin bıçaqlanması ilə nəticələnib. Yaralı V.Kərimov Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Məlumata görə, hadisəyə V.Kərimovun iribuynuzlu heyvanı G.Hüseynovun taxıl zəmisinə girməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.