Hadisə, Kriminal

Lənkəranda zəncirvari qəza olub - Xəsarət alanlar var

11 Mart 2018 17:34
0 Şərh     Baxış: 1 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Ələt-Astara magistral yolunda qeydə alınıb. 

Belə ki, Gəlmətürk qəsəbəsindən əsas yola çıxan Ağayev Ruslana məxsus, 99-HH-699 seriya nömrəli, "Mazda" markalı avtomobil hərəkətdə olan, Mikayılzadə Elvarın idarə etdiyi 10-VC-543 seriya nişanlı, "Mazda" markalı avtomobilə çırpılıb. Nəticədə E.Mikayılzadənin idarə etdiyi avtomobil aşaraq yolun kənarında dayanan daha iki maşına çırpılıb.

Qəza zamanı 3 nəfər yüngül xəsarət alıb. Onlara xəstəxanada ambulator yardım göstərilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.