Hadisə, Kriminal

Azərbaycanda yol polisləri arasında QANLI DAVA

11 Mart 2018 11:31
10 Şərh     Baxış: 10 804

Beyləqan rayonunda yol polisləri arasında qanlı dava baş verib.

Milli.Az criminal.az-a istinadən xəbər verir ki, Beyləqan rayon yol polisi şöbəsinin əməkdaşı Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu bıçaqlayıb. Hadisənin səbəbi hələlik məlum deyil, Namiq Zeynalov ağır vəziyyətdə Beyləqan rayon xəstəxanasına çatdırılıb, həkimlər tərəfindən ona ilkin yardım göstərilib.

Beyləqan rayon mərkəzi xəstəxanasının baş həkimi Əli Məmmədov bildirib ki, yol polis əməkdaşı Namiq Zeynalov kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə xəstəxanaya daxil olub, onun hansı şəraitdə bıçaqlanması məlum deyil.

Qeyd edək ki, iş yoldaşını bıçaqlamaqda təqsirləndirilən Tural Əliyev Beyləqan rayol Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın oğludur.

Milli.Az

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    $.$.$. · 11 Mart 11:4085

    Polislərə yaraşmayan hərəkət. cəzanızı alacaqsınız cənab Nazirdən .

    Cavab yaz
  • Anonim
    Mozalan · 11 Mart 11:41201

    Əgər bıçaqlanan məmur oğlu deyilsə, onda bıçaqlayana indiki qaydalara uyğun olaraq simvolik cəza veriləcək, çünki bizdə bir neçə hüquq qanunları var.

    Cavab yaz
  • Anonim
    777 · 11 Mart 11:44252

    Yeqin aralarinda pul davasi olub. Surûcûden alan pulu rahatliqla bölûsdûre bilmeyibler, böyûk ehtimalla.

    Cavab yaz
  • Anonim
    Taksi · 11 Mart 11:47171

    Yəqin bir birin çörəyinə bayis olublar

    Cavab yaz
  • Anonim
    yurd · 11 Mart 13:5746

    Allah mərdiməzara lənət eləsin, polis başqa polisiniyə vursun ki,,,, nə qələt eliyibsə soxub da,.durduğu yerdə dəli deyil ki onu deşib özü həm işindən olsun, əm azadlığın itirsin. Şəxsi fikrimdir,siz özünüz bilərsiz.

    Cavab yaz
  • Anonim
    Akif Nagiyev · 11 Mart 15:2621

    777 siz dediyiniz ola biler.

    Cavab yaz
  • Anonim
    Mubariz · 11 Mart 17:1750

    Pulu bölə bilməyiblər. Adam namərd olmaz. Kürəkdən niyə bıçaqlayırsan ki?

    Cavab yaz
  • Anonim
    Vətəndaş · 12 Mart 10:0020

    Əslində onlar həddini çox aşıblar YP sıralarına savadsız kobud pulgir təcrübəsiz adamları yığıblar əvvəllər Yol polisi olmaq üçün mütləq orta ixtisas və ya ali təhsil tələb olunurdu indi orta məktəbi 2 nən oxuyan uşaqları götürürlər onların heç birinin Yol Hərəkəti Haqqında Qanundan və İXM -dən 100 faiz xəbərləri yoxdu

    Cavab yaz
  • Anonim
    Səbəb · 12 Mart 10:1820

    Ərazinin düzgün bölünməməsi.... və "HALAL" dədə malına görə.

    Cavab yaz
  • Anonim
    arı · 12 Mart 10:2230

    Məncə onlara birinci növbədə quduzluğa qarşı peyvənd vurmaq lazım idi. Nə bilim vallahhh!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.