Hadisə, Kriminal

Yevlaxda mikroavtobus qəzaya uğradı - 19 məktəbli xəsarət aldı - YENİLƏNİB - FOTO

11 Mart 2018 13:52
8 Şərh     Baxış: 4 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:52

Yevlaxda məktəbliləri daşıyan mikro avtobus qəza törədib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhərində baş verib.

Aran -1 qəsəbə məktəbinin şagirdlərini sınaq imtahanına aparan mikroavtobus "QAZ-53" markalı yük maşını ilə toqquşub. Toqquşma nəticəsində maşında olan məktəblilər müxtəlif bədən xəsarəti alıblar.

Yaralıların bir qismi Yevlax rayon Mərkəzi Xəstəxanasına, daha ağır yaralılar isə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, Əliyev Ədalət Əbülfət oğlu, Mehdiyeva Manana Firdovsu qızı, İlyasov Tavat Səyyaf qızı, Qoşqarlı Əntiqə Qardaşxan qızı və Əhmədov Rəvanın vəziyyəti ağır olaraq qalır.

Xəsarət alan məktəblilərin hamısı 2003-cü il təvəllüdlüdür.

--------------

12:11

Yevlaxda şagirdləri daşıyan "Vito" markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.

Milli.Az report.az-a istinadən bildirir ki, onlar 2003-cü il təvəllüdlü şagirdlərdir.

Hadisə zamanı xəsarət alanlardan 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. Digər 6 yaralıda müxtəlif dərəcəli xəsarətlər qeydə alınıb.

Daha 5 yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Onların yaxın saatlarda Bakıya gətiriləcəyi gözlənilir. 

-----------

10:22

Yevlaxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, şagirdləri daşıyan "Vito" markalı mikroavtobus Mingəçevir-Bəhramtəpə yolunun Yevlax rayonundan keçən hissəsində qəzaya uğrayıb.

Hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.