Hadisə, Kriminal

Bakıda DƏHŞƏTLİ qəzanın anbaan GÖRÜNTÜLƏRİ - VİDEO - FOTO

17 Fevral 2018 11:36
0 Şərh     Baxış: 7 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtda da ağır yol qəzası baş verib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, motosiklet minik avtomobili ilə toqquşub.

Qəza anı hadisə yerinin yaxınlığındakı marketin nəzarət kamerası vasitəsi ilə anbaan qeydə alınıb. Yol kənarında dayanan minik avtomobilinin sürücüsü hərəkətə başlayan zaman qəfil sola dönmə əməliyyatı edib. Sürücünün diqqətsizliyi səbəbindən o, sürətlə gələn motosikleti görməyib.

Qəza zamanı motosikleti idarə edən sürücü bir neçə metr kənara düşərək xəsarətlər alıb. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə cəlb edilən polis əməkdaşları müayinələr aparıblar. Motosiklet və avtomobil cərimə meydançasına yerləşdirilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda DƏHŞƏTLİ qəzanın anbaan GÖRÜNTÜLƏRİ

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.