Hadisə, Kriminal

Şirvanda avtomobil oğurlayan Bakı sakini saxlanıldı - FOTO

15 Fevral 2018 19:24
0 Şərh     Baxış: 356

Şirvanda avtomobil oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan Milli.Az-a verilən məlumata görə, bu gün səhər saat 08:42 radələrində şəhər sakini Elməddin Ağalarov Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi" Xidmətinə zəng edərək "VAZ-2106" markalı avtomobilinin qaçırıldığı barədə müraciət edib. Müraciət aidiyyatı üzrə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə göndərilib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin Şirvan şəhəri ərazisində olduğu müəyyən edilib. Şirvan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin avtomobil saat 08:56 radələrində-vətəndaşın müraciətindən cəmi 14 dəqiqə sonra şəhərin H.Əliyev prospektində sürücü ilə birlikdə saxlanılaraq Şöbəyə gətirilib.

Ətrafında aparılan araşdırmalar nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin Bakı şəhəri Xətai rayon sakini 31 yaşlı Samir Məhərrəmov olduğu müəyyən edilib.

Faktla bağlı Şirvan ŞPŞ-də ilkin araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.