Hadisə, Kriminal

34 nəfəri aldadaraq pul alan dələduz saxlanıldı - VİDEO - FOTO

12 Fevral 2018 17:09
0 Şərh     Baxış: 1 014

Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən Baş Göynük kənd sakini Gülnar Əlifova ötən ilin yanvar ayında Elçin adlı şəxsin onu aldadaraq 2230 manatını aldığını bildirib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhər sakini Elçin Dadaşov olması müəyyən edilib.

Nəticədə həmin şəxs dələduzluq etməkdə şübhəli bilinərək saxlanılıb. Onun 2017-ci il ərzində 34 Şəki rayon sakinini aldadaraq dələduzluq yolu ilə müəyyən məbləğdə pul alması müəyyən edilib.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

34 nəfəri aldadaraq pul alan dələduz saxlanıldı

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.