Hadisə, Kriminal

Salyan sakinindən tiryək aşkar edilərək götürüldü - YENİLƏNİB - VİDEO - FOTO

12 Fevral 2018 15:46
2 Şərh     Baxış: 1 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:46

Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirləri keçirilib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, Salyan şəhər sakini, 38 yaşlı Natiq Əliyev şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib.

Bundan sonra Natiq Əliyevin yaşadığı evdə axtarış keçirilib. İkinci mərtəbədə yerləşən otaqdan 1 ədəd sellofan bükümdə, ümumi çəkisi 30,556 qram olan narkotik vasitə - tiryək və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. İlkin istintaq zamanı Natiq Əliyev törətdiyi cinayəti etiraf edib.

Natiq Əliyev - Saxlanılan şəxs: "Tapmışdım. Üstümdə idi, yoxladılar, çıxdı, gətirdilər bura".

Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

----------

11.02.2018

14:18

Salyan sakinindən tiryək aşkar edilərək götürülüb.

Milli.Az report.az-a istinadən bildirir ki, Salyan rayon Polis şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan şəhər H.Z.Tağıyev küçəsi, ev 61-də yaşayan Əliyev Natiq Həmdulla oğlu yaxalanaraq şöbəyə gətirilib.

Onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sağ yan cibindən 5 ədəd salafan bükümdə, ümumi çəkisi 12,974 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Bundan sonra onun evinə axtarış keçirilən zamanı ikinci mərtəbədə yerləşən otaqdan 1ədəd salafan bükümdə ümumi çəkisi 30,535 qram olan tiryək aşkar edilib.

Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Salyan sakinindən tiryək aşkar edilərək götürüldü

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.