Hadisə, Kriminal

Bakıda banka basqın edən şəxs: "Bıçağı xanıma yaxınlaşdırıb..." - VİDEO - FOTO

19 Yanvar 2018 18:24
9 Şərh     Baxış: 3 309
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qorunan banklardan birinin Yasamal filialından Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, idarənin əməkdaşları hadisə yerinə çıxıb. Quldurluq yolu ilə banka basqın edərək xəzinədarı bıçaqla hədələyib pul tələb edən şəxs tərksilah edilərək tutulub.

Saxlanılan şəxsdən hadisə vaxtı istifadə etdiyi bıçaq da götürülüb və o, ərazi üzrə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə təhvil verilib. Aparılan araşdırma zaman həmin şəxsin paytaxt sakini Nazim Məmmədov olduğu müəyyən edilib.

Nazim Məmmədov - Saxlanılan şəxs: "Xəzininən qarşısında xanım dayanmışdı. Mətbəx bıçağını xanıma yaxınlaşdırdım. İçəridə çaxnaşma çıxdı".

Saxlanılan şəxsin ətrafında araşdırmalar və zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda banka basqın - Silahlı quldur cinayət başında tutuldu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.