Hadisə, Kriminal

Azərbaycanda oğurluq edən şagirdlər tutuldular - FOTO

30 Dekabr 2017 18:55
0 Şərh     Baxış: 1 152
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdam rayonunda mənzildən oğurluq edən məktəb şagirdləri tutulub.

Milli.Az report.az-a istinadən bildirir ki, Ağdam rayon sakini olan bir nəfər qadın dekabrın 6-da rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək evindən 5000 manat pul və məişət əşyalarının oğurlandığı barədə məlumat verib.

Müraciətlə əlaqədar Ağdam RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilən tədbirlərlə dekabrın 28-də oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakinləri Talıbov Kənan Gülağa oğlu və Salmanov Allahyar Qərib oğlu saxlanılıb. Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf ediblər.

Oğurlanan pulun bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.