Hadisə, Kriminal

Şəkidə 57 yaşlı kişidən DƏHŞƏTLİ ƏMƏL

7 Dekabr 2017 20:24
2 Şərh     Baxış: 3 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə intihar hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 06:30 radələrində Şəki rayonunun Aran kəndi ərazisində, Şəki rayon sakininə məxsus fermada qeydə alınıb. Fermanın işçisi, 1960-cı ildə Qırğızıstan Respublikasında doğulan və hazırda Şəkinin Şəki kəndində qeydiyyatda olan İspəndiyar İsgəndər oğlu Məhərrəmovun meyiti damdan asılı vəziyyətdə aşkar edilib.

İ. Məhərrəmovun hansı səbəbdən intihar etdiyi məlum deyil.
 
Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.