Hadisə, Kriminal

İşlədiyi mağazadan oğurluq etdi

22 Noyabr 2017 16:49
0 Şərh     Baxış: 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astarada mağazadan oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, rayonun Pensər kəndindəki mağazalardan birindən oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, 193 manat pul və 425 manat dəyərində danışıq kartları axşam saatlarında oğurlanıb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluğun əvvəllər həmin mağazada işləmiş şəxs tərəfindən edilməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə kənd sakini Saleh Nəhmətov şübhəli şəxs qismində saxlanılıb.

Axşam vaxtı arxa pəncərənin dəmir barmaqlığını qıraraq mağazaya daxil olduğunu bildirən bu şəxs oradan pul və siqaret oğurladığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.