Hadisə, Kriminal

Taksi sürücüsünü aldadan dələduz ağladı: "Bir nəfərə pul verməliyəm" - VİDEO - FOTO

20 Noyabr 2017 17:27
2 Şərh     Baxış: 1 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Binəqədi Rayon Polis İdarəsinə taksi fəaliyyəti ilə məşğul olan Elçin Bayramov müraciət edərək bildirib ki, noyabrın 16-da özünü Türkiyə vətəndaşı kimi təqdim edən Ayhan adlı şəxsi müştəri qismində əvvəlcə Sumqayıt şəhərinə daha sonra isə Bakı Beynəlxalq Avtovağzalına aparıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, Sumqayıt şəhərində həmin şəxs ona bildirib ki, üzərində 100 dollar var və ona təcili 25 manat lazımdır.

Taksi sürücüsündən həmin pulu alan "Ayhan" pulu xırdalayıb, 25 manatı və gediş haqqını ödəyəcəyini bildirib. Avtovağzal ərazisində isə həmin şəxs taksi sürücüsünün mobil telefonunu da dələduzluq yolu ilə alaraq hadisə yerindən uzaqlaşıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Tehran İsmayılov saxlanılaraq istintaqa təqdim olunub. Araşdırma zamanı Tehran İsmayılovun daha bir taksi sürücüsünün 100 manat pulunu dələduzluq yolu ilə mənimsədiyi də məlum olub.

Tehran İsmayılov - Saxlanılan şəxs: "100 dolları xırdalamaq adıyla almışam. Telefonu da şəkil çəkmək adıyla götürmüşəm. Birindən də 100 manat almışam. Deyirəm ki, bir nəfərə pul verməliyəm, ver mənə, sonra sənə xırdalayıb verərəm".

Qeyd edilən faktlarla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Tehran ismayılovun digər cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Binəqədi RPİ-nə müraciət edə bilərlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Taksi sürücüsünü aldadan dələduz ağladı:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.