Hadisə, Kriminal

"Qalan pulları xərclədim" - 4 min manatlıq dələduzluq edən şəxs - VİDEO - FOTO

20 Noyabr 2017 17:10
0 Şərh     Baxış: 1 183
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qusarda dələduzluqla məşğul olan şəxs saxlanılıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, o, müxtəlif vaxtlarda sakinlərin etibarından istifadə edərək onlara 4 min manata yaxın maddi ziyan vurub.

Qusar RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fərqli vaxtlarda rayon ərazisində ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara maddi ziyan vuran şəxs saxlanılıb. Rayonun Cibir kənd sakini Məhəmməd Qurbanov şübhəli şəxs qismində saxlanılaraq PŞ-nə gətirilib.

Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, O, avqustun 7-də Qusar Gedəzeyxur kənd sakininə məxsuz 4500 kq buğdanı 1800 manata razılaşaraq alıb, lakin sonra kənd sakininə pulu ödəməyərək dələduzluq etmişdir. Avqusutun 8-də isə rayonun İmamaqulukənd kəndində yenə həmin usulla kənd sakini aldadaraq, 2840 kq buğdanı 852 manata alaraq pulu ödəməkdən boyun qaçırıb.

Məhəmməd Qurbanov (saxlanılan şəxs): "Onların qiyməti aşağı düşmüşdü. Həmin qiymətə satdım. Bəzilərinin pulunu qaytardım, bəzilərinin isə yox. Qalan pullar da xərcləndi".

Sentyabrın 17-də Düztahir kənd sakinin etibarından istifadə edərək ona məxsus 1000 Azn dəyərində olan bir baş inəyi alaraq pulunu mənimsəyib. Ümumimən kənd sakinlərinə 3652 Azn maddi ziyan vurub.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.