Hadisə, Kriminal

Maşını aşıran sürücünün gözü çıxdı: 4 yaşlı oğlu dərəyə düşdü - VİDEO - FOTO

20 Noyabr 2017 16:54
0 Şərh     Baxış: 2 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxı rayonunda 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, hadisə Şamaxı-Qızmeydan yolunda qeydə alınıb. Göyçay rayon sakini, 43 yaşlı Rahil Burcəlizadə 10-ZP-606 dövlət nömrə nişanlı "Pejo" markalı minik avtomobili ilə hərəkətdə olarkən Qızmeydan kəndinin giriş hissəsindəki döngəli yolda idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü Rahil Burcəlizadə və sərnişini-Bakı şəhər sakini 28 yaşlı Fəridə Fərəcova ağır yaralanıb. Zərbənin təsiri nəticəsində sürücünün bir gözünün çıxdığı, nəticədə görmə qabiliyyətini itirdiyi bildirilir. Maşında olan azyaşlı 4 yaşlı Fərəcov Nihat Bayram oğlu maşının içindən düşərək 5 metr dərinlikdə dərəyə düşüb xoşbəxtlikdən azyaşlıya heç nə olmayıb. Ağır bədən xəsarətləri alanlar Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə və reanimasiya şöbələrinə yerləşdirilib.

Sürücünün vəziyyəti ağırlaşdığından daha sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Digər sərnişin Bayram Fərəcovsa xəsarətsiz ötüşüb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Maşını aşıran sürücünün gözü çıxdı: 4 yaşlı oğlu dərəyə düşdü

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.