Hadisə, Kriminal

Şəkidə meşədə tapılan meyitin kimliyi bilindi - YENİLƏNİB - VİDEO - FOTO

25 Sentyabr 2017 15:40
1 Şərh     Baxış: 3 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:40

Şəkidə Qoxmuq kənd inzibati ərazisində, dağlıq-meşəlik ərazidə çürümüş kişi meyiti tapılıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, cəsədin Qoxmuq kənd sakini 64 yaşlı Fərrux Səmədova aid olduğu müəyyən olunub.

Səmədov 4 gün əvvəl yaşadığı evdən çıxaraq, süpürgə hazırlamaq üçün bitki yığmaq məqsədilə meşəyə gedib və geri qayıtmayıb. Onun ürək və epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Fərhad Səmədov - Mərhumun Qardaşı: "Necə yıxılıbsa başı aşağı elə də canını verib. Gedən günü rəhmətə gedib. 3 gün tapılmadığı üçün gecikib".

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

------------------

24.09.2017

18:52

Şəkidə meşədə kişi meyiti tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində rayonun Qoxmuq kənd inzibati ərazisində, dağlıq meşəlik ərazidə çürümüş kişi meyiti tapılıb.

İlkin araşdırma zamanı tapılan meyitin rayonun Qoxmuq kənd sakini 64 yaşlı Fərrux Rəcəb oğlu Səmədov olduğu müəyyən olunub. Araşdırma zamanı o da məlum olub ki, Fərrux Rəcəbov 3 gün əvvəl yaşadığı evdən süpürgə hazırlamaq üçün bitki yığmaq məqsədilə meşəyə gedib və geri qayıtmayıb.
 
Fərrux Rəcəbovun ürək xəstəliyindən əziyyət çəkdiyi  bildirilir.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır. 

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
"Başı aşağı yıxılıb canını verib" - 64 yaşlı naməlum kişi meyitinin kimliyi bəlli oldu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.