Hadisə, Kriminal

Hacıqabulda avtomobilin vurduğu piyada xəstəxanada öldü

24 Sentyabr 2017 13:34
0 Şərh     Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacıqabulda avtomobilin yolu keçərkən vurduğu piyada xəstəxanada ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, sentyabrın 23-də Bakı-Qazax magistralının 94-cü kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində "Mercedes" markalı avtomobil yolu keçən Nəvahi kənd sakini, 1973-cü il təvəllüdlü Xanəliyev Bünyat Musa oğlunu vuraraq ağır yaralayıb.

Yaralı kəllə-beyin travması  və sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.  Lakin həkimlər B. Xanəliyevin həyatını xilas edə bilməyiblər.
 
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.