Hadisə, Kriminal

Azərbaycanda avtobus aşdı: 21 yaralı - VİDEO - FOTO

20 Sentyabr 2017 17:25
2 Şərh     Baxış: 5 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləsuvarda ağır qəza baş verib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, Biləsuvarun Nəsimi kənd kəndindəki çöllük ərazidə pambıqçıları evə gətirən rayon sakini Ruhin Əliyevin idarə etdiyi mikroavtobus anidən idarəetməni itirib və yoldan çıxaraq aşıb.

Qəza zamanı mikroavtobusda olan 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar mərkəzi rayon xəstəxanasına çatdırılıblar. İlkin tibbi yardımdan sonra 15 nəfər abmulator mualicəyə buraxılıb, 6 nəfər isə xəsarətləri ağır olduğu üçün xəstəxanada müalicələrini davam etdirirlər.

İlkin ehtimala görə, qəzaya sürücünün səhlənkarlığı və mikroavtobusa həddən çox sərnişin götürməsi səbəb olub.

Fakt araşdırılır.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

İdarəetməni itirən avtobus aşdı: 21 yaralı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.