Hadisə, Kriminal

Kömək etmək istəyən sürücünü yük maşını vurub öldürdü - VİDEO - FOTO

21 Avqust 2017 17:05
1 Şərh     Baxış: 1 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllıda ağır yol qəzası baş verib.

Milli.Az ARB Şəki-yə istinadla xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı yolunun Talıstan kəndi ərazisindən keçən hissəsində baş verib.

Yolda hərəkətdə olan "VAZ 2106" markalı minik avtomobilinin şini partlayıb və sürücü təkəri dəyişmək üçün yoldan keçən "VAZ 2107"nin sürücüsündən kömək istəyib. Sürücü - Sumqayıt sakini Xalid Mustafayev kömək məqsədilə avtomobildən yerə düşərkən İsmayıllı sakini Aydən Məmmədli idarə etdiyi "Ford" markalı yük avtomobili ilə onu vurub.

Xalid Mustafayev ağır kəllə beyin travması diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Fakt Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırılır.

Videonu izləmək üçün şəklə klikləyin:
Komek etmek istedi canindan oldu

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.