Hadisə, Kriminal

Paytaxtda ölümlə nəticələnən qəza olub

29 İyul 2017 18:48
0 Şərh     Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Binəqədi rayonu, Azadlıq prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az bildirir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 28-də saat 1.00 radələrində Binəqədi rayonu Azadlıq prospektində Abşeron rayon sakini Şamxal Əhmədov idarə etdiyi "Volksvagen" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Kamran Abdullayevi vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Binəqədi RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.