Hadisə, Kriminal

Bakıda əcnəbi tələbə borc üstündə döyüldü

18 İyun 2017 18:29
2 Şərh     Baxış: 1 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda iranlı tələbə döyülüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Rəssamlıq Akademiyasının 1-ci kurs tələbəsi Canqou Şahruz Rəşid oğlu İçərişəhərdə tanışı tərəfindən xuliqanlıq zəminində döyülüb. Belə ki, o, bir müddət əvvəl Sadiq Bağırov adlı şəxsə verdiyi 1300 manat pulu geri almaq üçün onunla İçərişəhərdə görüşüb. Bu zaman tərəflər arasında narazılıq yaranıb və əcnəbi tələbə pul verdiyi şəxs tərəfindən döyülüb.

Akademiya tələbəsi üzləşdiyi əməllə bağlı polisə müraciət edib. Araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.