Kürdəmirdə narkotik tərkibli bitki əkib-becərilməsi ilə məşğul olan şəxs tutulub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşları Kürdəmir şəhər sakini, 1969-cu il təvəllüdlü Qalib Əlyusif oğlu Zərbalıyevin həyətyanı sahəsinə baxış keçirərkən oradan narkotik tərkibli bitki hesab olunan 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Milli.Az