Hadisə, Kriminal

Lənkəranda sərhədçiləri daşıyan avtomobil ağaca çırpıldı - Ölən və yaralanan var - FOTO

21 Aprel 2017 19:17
1 Şərh     Baxış: 2 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran rayonunda sərhədçiləri daşıyan avtomobil qəzaya uğrayıb. 

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Lənkəran-Lerik avtomobil yolunun Lənkəran rayonunun Şovu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Sərhəd Qoşunlarına (SQ) məxsus "UAZ" markalı avtomobil yolun kənarındakı ağaca çırpılıb. Nəticədə Sərhəd Qoşunlarında xidmət edən Elçin Abdullayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Avtomobildəki digər sərhədçi isə ayağından xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.