Hadisə, Kriminal

Bakıda Ticarət Mərkəzində oğurluq anbaan kameraya düşdü - VİDEO - FOTO

19 Aprel 2017 17:54
2 Şərh     Baxış: 2 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Ticarət Mərkəzində yerləşən məişət avadanlıqları satılan mağazada da oğurluq baş verib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, hadisə anbaan kameralara düşüb.

Görüntülərdən aydın olur ki, obyektə daxil olan iki qadın əvvəlcə qablara alıcı kimi baxırlar. Daha sonra qadınlardan biri satıcının diqqətini yayındırır. Digəri isə qabları gizlincə çantasına qoyur.

Bununla kifayətlənməyən qadın özü ilə gətirdiyi sellofan torbanın içərisinə daha bir qab yerləşdirir. Sonra isə heç nə olmamış kimi dükanı tərk edirlər.

Artıq mağaza sahibi polisə müraciət edib.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Ticarət Mərkəzində oğurluq anbaan kameraya düşdü

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.