Hadisə, Kriminal

Qızının ölümündə özünü günahkar bilən ata intihar etdi

20 Mart 2017 18:10
7 Şərh     Baxış: 5 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə rayonunda qızının ölümündə özünü günahkar bilən ata intihar edib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə rayonun Mehtili kəndində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Həsən İbrahimov özünü yaşadığı evin həyətində asaraq öldürüb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, martın 18-i H.İbrahimovun qızı 1994-cü il təvəllüdlü Bahar Həsən qızı İbrahimova yaşadığı evin yataq otağında özünü asaraq intihar edib. H.İbrahimov qızının ölümündə özünü günahkar bilib, hadisənin də bu səbəbdən baş verdiyi ehtimal edilir.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.