Hadisə, Kriminal

Şirkət direktorunun qanunsuz əməlləri ifşa edildi

19 İyun 2013 17:15
0 Şərh     Baxış: 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış araşdırmalarla "Törnist Konstrakşn" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Ceyhun Quliyevin cəmiyyətə məxsus külli miqdarda pul vəsaitini mənimsəməsi faktları aşkar olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müəyyən edilib ki, C.Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif banklardan, habelə cəmiyyətin hesablaşma hesablarından nağd şəkildə çıxarılmış 419.0 min manat məbləğində pul vəsaitini müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəyib və bununla cəmiyyətə külli miqdarda ziyan vurub.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.