Kriminal

Şalvarda həbsxanaya narkotik keçirmək istəyən şəxs tutulub

15 Aprel 2021 12:34
Baxış: 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Xidmətdən Milli.Az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Hənifəyev Emin Nizami oğluna qohumu, Bakı şəhər sakini Fiziyev Vsevolod Borisoviç tərəfindən göndərilən banderola baxış keçirilən zaman orada şalvarın astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,554 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.