Kriminal

63 nəfərə qarşı dələduzluq edən şirkətin vəzifəli şəxslərinin məhkəməsi başlayır

18 Mart 2021 10:56
Baxış: 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən Maksim Zeynalov, Tamara Novruzova, Elnur Məmmədov, Aqil Qədirov, Fariz Nuruyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər "Meqa-Siti Holdinq" MMC-nin vəzifəli şəxsləridir. Onlar eyni mənzili fərqli adamlara satmaqda və rüşvət verməkdə təqsirləndirilirlər. Cinayət işi üzrə 63 nəfər, eləcə də "Viena" MMC və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti də zərərçəkmiş şəxs qismində tanınıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.