Kriminal

Bakı sakinləri Cəlilabad və Biləsuvarda 11 kq-dan çox narkotiklə tutuldular

6 Mart 2021 18:48
Baxış: 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları külli miqdarda narkotik vasitə aşkarlayıb. 

Daxidi İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayon sakini Q.Əliyevin idarə etdiyi "Nexia" markalı avtomobilə baxış zamanı sərnişini, Bakı şəhər sakini R.Əliyevə məxsus 4 kiloqram 670 qram heroin, 2 kiloqram 870 qram həşiş və 270 qram metamfetamin aşkar edilərək götürülüb. 

Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə Bakı şəhər sakini A.Feyzullayevin idarə etdiyi "Chevrolet" markalı avtomobilə baxış zamanı ona və sərnişini A.Nəsirova məxsus 3 kiloqram 230 qram heroin aşkar edilərək götürülmüşdür

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.