Kriminal

Rüşvətə görə həbs edilən baş həkiminin şikayətinə baxıldı

29 Yanvar 2021 10:16
Baxış: 1 351
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Apelyasiya Məhkəməsində rüşvət almaqda ittiham edilən Masallı Rayon Xəstəxanasının baş həkimi Cəlil Nəzərov barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apelyasiya şikayətinə baxılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, C. Novruzovun şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, C.Nəzərov yanvarıın 22-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə C.Nəzərov barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.