Kriminal

Hava balonunda ölkəyə 5 kiloqram qızıl keçirmək istədi - VİDEO

28 Yanvar 2021 17:11
Baxış: 1 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyalarının gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub. Aparılan ilkin araşdırma nəticəsində sözügedən qaçaqmalçılıq predmetlərinin Türkiyə Respublikasindan ölkəmizə yük daşıyan "Mersedes-Benz Actros" markalı nəqliyyat vasitəsində gətiriləcəyi müəyyənləşdirilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, "Mazımçay" gömrük postu vasitəsilə ölkə ərazisinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi gömrük nəzarətindən keçdikdən sonra saxlanılıb və şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında yerləşən hava balonunun içərisində şübhəli cizgilər müşahidə olunduğundan yük avtomobili ətraflı yoxlamaya cəlb olunub. Bu zaman hava balonunun içərisindən müxtəlif rəngli falqalara bükülən, üzəri yapışqan lentlə sarınmış bağlamalarda 1400 ədəddən çox, ümumi çəkisi 5397 qram qızıl-zinət əşyaları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.