Kriminal

Həbsdən çıxan şirkət rəhbəri barəsində yenidən cinayət işi başlandı

28 Yanvar 2021 10:39
Baxış: 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Avro Qrand" şirkətinin sahibi Xanlar Cəfərov barəsində daha bir işi başlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, X. Cəfərov külli miqdarda dələduzluqda ittiham edilir. Cinayət işi üzrə 9 nəfər zərərçəkən şəxs qismində tanınıb.

X. Cəfərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, X. Cəfərov bundan əvvəl də dələduzluqda və vergidən yayınmaqda təqsirli bilinərək həbs edilib. O, 2018-ci ilin sonunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alaraq zadlığa buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.