Kriminal

Qızıl mağazasından seyf oğurlayıb apararkən tutuldu - FOTO

26 Yanvar 2021 15:25
Baxış: 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmaz rayonunda qızıl mağazasından oğurluq etdikdən sonra saxlanılan şəxs cinayəti etiraf edib.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Milli.Az-a verilən məlumata görə, Xaçmaz rayon sakini Sərxan Qabulov səhər saatlarında rayon ərazisində yerləşən qızıl mağazasına qanunsuz daxil olub və orada içərisində pul və sənədlər olan seyfi oğurlayaraq hadisə yerindən uzaqlaşmağa cəhd edib.

Lakin onun bu əməlinin qarşısı həmin ərazidə xidmət aparan Xaçmaz Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb və həmin şəxs seyf və oğurluq zamanı istifadə etdiyi maddi sübutlarla birlikdə yaxalanaraq Xaçmaz Rayon Polis Şöbəsinə gətirilib. Dindirilmə zamanı S.Qabulov törətdiyi cinayət əməlini etiraf edib.

Qeyd edilən faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.