Kriminal

Bir vaxtlar dünyanı idarə edən insanlar - Tarixin ən qorxunc narkobaronları - FOTO

23 Yanvar 2021 16:23
Baxış: 1 231

Narkotik və ya "ağ ölüm" - dünyanın ən böyük fəlakətidir. Bu elə bir bəladır ki, insanlar hələ də bu dəhşət qarşısında aciz qalmaqdadır. Narkotik "narke" sözündən götürülüb, yunan dilindən tərcümədə "yuxu" deməkdir. 

Narkotik maddələr ilk öncə tibdə istifadə olunmağa başlanıb. Bu elə bir maddədir ki, insanın düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki problemlərlə nəticələnə bilər. Bu o deməkdir ki, narkotik maddələr hisləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdir.

Tarix boyunca bu "zəhər"in satışı ilə narkobaronlar məşğul olublar və indi də bu kimi hallara rast gəlinir. Onları bir çox insan sevsə də bir o qədəri də nifrətlə qarşılayır. Onlardan bir çoxu öldürülüb, bir çoxları isə həbsdədir. Hətta bu narkobaronlar arasında bir qadın və keçmiş prezident də var.

Milli.Az musavat.com-a istinadən tarixin ən qəddar, qorxunc və acımasız narkobaronlarının siyahısını təqdim edirik.

Barnes

1933-cü il təvəllüdlü Leroy Barnes, ən təkəbbürlü narkobaron kimi tarixdə qalıb. "The Council" adlı narkotik şəbəkəsini quran və Barnes satışlarını da Nyu Yorkda həyata keçirib. Hətta o, narkotik maddələrin necə satılacağına dair bir kitab da yazıb. Yüksəlməsindən bir müddət sonra tutularaq həbsxanada saxlanılan Barnes, hökumət ilə əməkdaşlıq edərək 1998-ci ildə sərbəst buraxılıb.

Mitçel

Mitçel əvvəlcə kiçik bizneslə "yeraltı dünyası"na girib və daha sonra bir cinayət təşkilatı qurub. O, Amerikanın ilk geniş miqyaslı dövlətlərarası narkotik ticarətinə rəhbərlik edən şəxs olub. Mitçel uzun müddət polislərdən qaça bilsə də sonda həbs edilib. O, saxlanıldığı kamerasında bıçaqlanaraq öldürülüb.

Ross

Kollecdə təhsil alarkən kokainin istifadəsinə başlayan Ross, gənc yaşlarından qısa müddətdə onun satışına da başlayıb. Yüzlərlə işçiyə sahib olan Ross bir çox əyalətlərdə satış həyata keçirib. Heç vaxt bu işi görməkdə çətinlik çəkməyən Ross hətta rəqiblərinə də kokain satıb. 15 kq-dan çox narkotiklə yaxalanan Ross mülki geyimli polisə narkotik satarkən tutulub. Ross beləliklə 25 il həbs cəzasına məhkum edilib.

Qriselda Blanko

Qadın narkobaron kimi tarixə düşən Qriselda Blanko bu işlərə 70-ci illərin sonu və 80-ci illərin əvvəllərində başlayıb. Mayamidə kokain satan Blanko, Kaliforniyada polisdən qaçarkən tutulub.

Zhenli Ye Gon

Zhenli Ye Gon 1963-cü ildə Şanxayda doğulmuş Çin mənşəli meksikalı bir iş adamı olub. Meksikada bir kimya şirkətinin rəsmi təmsilçisi vəzifəsində çalışıb. Tamamilə qanuni işlərlə məşğul olduğu düşünülən Gonun Sinaloa adlı bir narkotik karteli ilə bağlantısı ortaya çıxarılıb. 2007-ci ildə həbs olunanda evində 200 milyon dollar tapılıb.

Koke

Kokain satan Koke bu işi atasından öyrənib. Çox gənc ikən yüksək məbləğlərdə pul qazanan Koke ABŞ-ın narkotik şəbəkəsini Yamaykadan idarə etməyə başlayıb və bu səbəbdən ABŞ tərəfindən təqib edilib. Yamaykada ən vacib insan olduğu üçün tutulması demək olar ki, mümkün olmayan Kokanı tutmaq üçün fövqəladə vəziyyət elan edilib və əsgərlər küçələrə düşüb. Yolları bağlayaraq onun qarşısını kəsib həbs ediblər. Koke həbs olunan zaman yüzlərlə insan küçələrə axışıb. Atışmalar baş verib və xeyli sayda insan həyatını itirib.

Eskobar

Televiziya seriallarının və filmlərin mövzusu olan dünyanın ən məşhur narkobaronu Eskobar, Kolumbiyada olmasına baxmayaraq, dünyanın narkotik şəbəkəsinin 80 faizinə sahib olub. Həftəlik gəliri 420 milyon dollar olan Eskobar pullarını bir yerdə saxlamaq üçün hər il pul rezinləri üçün 2500 dollar ödəyirdi. Eskobar 1993-cü ildə polisdən qaçarkən silahlı atışmada öldürülüb. Medelində məktəb, xəstəxana, kilsə və uşaq evlərinin tikilməsinə milyonlarla dollar pul ayırıb. Bu səbəbdən bir çox medelinlilər onu müsbət şəxs kimi xarakterizə edirlər.

Gilberto Rodrigez Orejuela

Gilberto məşhur narkobaron Pablo Eskobardan sonra Kolumbiyanın ən böyük narkobaronu sayılır. Eskobar öləndən sonra meydan tamamilə ona və qardaşına qalıb. O, cinayətə adam qaçırma ilə başlasa da sonradan narkotik işinə girişib. 1995-ci ildə həbs olunub, cəzasını çəkdikdən sonra azadlığa çıxıb. 2003-cü ildə 1

50 kilo narkotiki ABŞ-a daxil etmək istəyi boşa çıxıb. 2004-cü ildən ABŞ-da olduğu söylənilir.

Osiel Kardenas

Bir təmirçi olan Kardenas tarixdə çox qəddar narkobaron olaraq xatırlanır. Məşhur mafiya liderləri olan Çava Qomesin köməyi ilə girdiyi qruplaşmada elə ilk olaraq Qomesi öldürüb. Qomesi öldürdükdən sonra bütün idarəçiliyi ələ alan Kardenas el-Mata Amigos ("Qardaş qatillər") adlı qruplaşma yaradıb. Kardenas işləri o qədər böyüdüb ki, Meksika ordusuna belə qarşı gəlməkdən çəkinməyib. ABŞ Federal Təhqiqat Bürosu Kardenasın başına 2 milyon dollar mükafat təyin edib.

Xoakin "El Çapo" Quzman

Tam adı Xoakin Arçivaldo Quzman Loera ancaq El Çapo (El Chapo) ləqəbi ilə tanınan Meksikanın narkotik qaçaqçılıq kartellərinin ən böyük başçılarındandır. O, Meksikadan ABŞ-a kokain aparmaq üçün tunel qazıb və bu tunellərlə 7 tondan çox narkotik daşıyıb. 1993-cü ildə bibər qutularının içinə yerləşdirdiyi narkotik aşkara çıxarılıb və Loera həbs olunub. Onun 2001-ci ildə həbsxanadan qaçdığı deyilir.

2014 ilində saxlanılmış, lakin yenə 14 avqust 2014 də həbsxanadan 1.5 kilometr uzunluğunda tunel qazdıraraq qaçıb. Amerika hökuməti Quzmanı tutmaq üçün gərəkli bilgiləri verənə 5 milyon dollarlıq mükafat vəd etmişdi. El Çapo 8 yanvar 2016-cı ildə yenidən həbs edilib. 19 yanvar 2017ci ildə Meksikadan Amerikaya ekstradisiya edilib. Onun yenidən həbsxanadan qaçağı isə sual altındadır.

Manuel Noryeqa

Panamanın keçmiş prezidenti Manuel Noryeqa, hakimiyyətdə olduğu müddətdə narkotik ticarəti və çirkli pulların yuyulması sahəsində "ciddi işlər" görüb. 1992-ci ildə həmin qanunsuz işlərə görə, ABŞ qoşunları tərəfindən devrilib, tutulub, 30 il həbs cəzasına məhkum edilib. 2011-ci ildə ölkəsinə verilib.

Amado Karrilyo Fuentes

Meksikanın ən böyük narkobaronu olan Fuentes ABŞ-a təşkil etdiyi 4 narkotik keçidindən sonra 25 milyard dollarlıq bir sərvət qazanıb. Narkotik daşıma işini başda Kolumbiya olmaqla bütün Cənubi Amerikada 727 təyyarədən ibarət bir qrupla təşkil etdiyi üçün "Göylərin hökmdarı" ləqəbini qazanıb.

Polis Fuentesi heç vaxt həbs edə bilməyib. Lakin cinayətkar xarici görünüşünü dəyişmək üçün əməliyyat etdirdiyi zaman əməliyyat masasında ölüb.

Klass Bruinsma

Bruinsma avropada olduqca güclü iz buraxmış hollandiyalı narkobarondur. Hollandiyada və Avropanın digər ölkələrində lüks otellər və fahişəxanalar açıb. Qara geyinməyi çox sevən Bruinsima 1991-ci ildə bir polis məmuru ilə dava zamanı öldürülüb.

Frank Lukas

Eroin kralı kimi tanınan Lukas, Nyu Yorkda satışını həyata keçirirdi. 60-70-ci illərdə Harlemə nəzarət edən Lukas, bu işdə çox irəli getmişdi və Asiyadan yüksək səviyyəli dərmanları Harlemə gətirirdi. Tək bir küçədən gündəlik 25 milyon dollarlıq satış həyata keçirən Lukas 1975-ci ildə yaxalanıb. Bir neçə il sonra sərbəst buraxılan Lukas narkotik satışı həyata keçirən zaman yenidən tutulub. Lukas son olaraq 1991-ci ildə sərbəst buraxılıb.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.