Kriminal

Bakıda, Şəmkir və Qazax sakinlərindən odlu silahlar götürüldü

18 Yanvar 2021 18:00
Baxış: 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda, Şəmkir və Qazax sakinlərindən odlu silahlar götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş A.Məmmədovun ətrafında Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Qazax şəhəri ərazisində torpağa basdırdığı "AKM" markalı silah və 4 ədəd patron aşkar edilərək götürülüb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bülbülə dəmir yolu stansiyası ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Sadıxovdan "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Şəmkir rayonu ərazisində Mahmudlu kənd sakini S.Əsədovdan "Makarov" markalı tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.