Kriminal

Azərbaycanlı jurnalistin avtomobili ikinci dəfə eyni yerdə qarət edildi - FOTO

7 Yanvar 2021 11:27
Baxış: 1 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhərində jurnalist İlham Məmmədzadənin avtomobili yenidən qarət olunub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə jurnalist özü məlumat verib.

O bildirib ki, hadisə ötən gecə Sumqayıt şəhəri, 36-cı məhəllədə yaşadığı binanın qarşısında baş verib.

Naməlum şəxslər onun avtomobilinin sol-qabaq qapısının şüşəsini sındıraraq qarət edib. Hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) məlumat verilib.

Xatırladaq ki, analoji hadisə 2019-cu ildə də eyni ərazidə baş vermişdi. Həmin vaxt da jurnalistin avtomobili eyni ərazidə gecə saatlarında qarət edilmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.