Kriminal

Mədəniyyət nazirinin sabiq müavini və xidmət rəisinin həbs müddəti uzadıldı

3 Dekabr 2020 18:07
Baxış: 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı həbs edilən Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Nazirliyin Mədəni İrsin Qorunması Dövlət Xidmətinin rəisi Zakir Sultanovun barələrində olan həbs qətimkan tədbirinin müddətinin artırlıması ilə bağlı məhkəmə prosesi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Səbail rayon məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatına baxılıb. Prosesdə istintaq orqanının təqdimatlarına baxılıb, R.Bayramov və Z.Sultanovun həbs mmüddəti daha 3 ay uzadılıb.

Xatırladaq ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının Mədəniyyət Nazirliyindən keçirdikləri əməliyyat nəticəsində saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs ediliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.