Kriminal

Şabranda ana və oğlunu qətlə yetirən şəxsin məhkəməsi başlayır

12 Noyabr 2020 11:18
Baxış: 1 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şabranda ana və oğlunu güllələyərək qətlə yetirməkdə təqsirli bilinən Nahid İslamovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, aprelin 11-də Şabranın Zeyvə kəndində 1986-cı il təvəllüdlü  İslamov Nahid Eynulla oğlu gecə həmkəndliləri - 1963-cü il təvəllüdlü Mahmudova İstək Əlyar qızı və onun oğlu, 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu ov tüfəngi ilə güllələyərək qətlə yetirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.