Kriminal

Bakıda mağazadan 4 min manatlıq oğurluq edildi

21 Oktyabr 2020 17:19
Baxış: 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda mağazadan 4 min manat dəyərində oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da rayon ərazisindəki mağazaların birindən 4040 manat dəyərində masaüstü dəstlər və suvenir oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Osmanov saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.