Kriminal

Qayınatasını beşbarmaqla döyməkdə təqsirləndirilən çempion azadlığa çıxdı

13 Oktyabr 2020 10:32
Baxış: 2 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qayınatasını beşbarmaqla döyməkdə təqsirləndirilən, kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidov azadlığa çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, bu barədə onun dostları məlumat verib. E.Məcidov vaxtından əvvəl azadlığa çıxmasını yaxınları ilə birgə qeyd edib.

Hadisə E.Məcidov və yoldaşının boşanmasından sonra uşaqla ünsiyyətə görə baş vermişdi. Çempion övladı ilə görüşmək üçün məhkəmə icra məmuruna müraciət edib və qayınatası Bəhruz Dilbazi ilə birgə məmurun otağında görüşüblər. İddiaya görə, həmin zaman Dilbazinin keçmiş kürəkənini söyməsinə görə E.Məcidov onu beşbarmaqla vurub.

Ehram Məcidov Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq; silah qismində istifadə olunan əşyadan istifadə olunmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, 2019-cu il iyunun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Məcidov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sentyabrın 27-də isə Bakı Apelyasiya Məhkəməsi onun cəzası 3 il artıraraq 6 il 6 ay etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.