Kriminal

Bakıda bir nəfəri öldürüb digərini yaralayan şəxs tutuldu

9 Oktyabr 2020 17:44
Baxış: 1 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bir nəfəri öldürüb digərini yaralayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin  10-cu Polis Bölməsinə oktyabrın 8-də saat 3 radələrində Müşfiqabad qəsəbəsi ərazisindən Qobustan rayon sakinləri Murad Bəhramov və M.Abbasəliyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətilməsi, M.Bəhramovun orada ölməsi barədə daxil olub, məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və və 10-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Əlixanov saxlanılaraq istintaqa təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.