Kriminal

Mühafizə şirkəti qanunsuz fəaliyyət göstərirmiş

26 Sentyabr 2020 16:00
Baxış: 1 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Binəqədi rayonu ərazisində yerləşən bir Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) qanunsuz özəl mühafizə fəaliyyəti ilə məşğul olması faktı aşkar edilib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 534-cü (əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşıma) maddəsinin tələblərini pozduqlarına görə MMC-nin təsisçisi, Bakı şəhər sakini E.Abıyev və 3 işçisi barəsində inzibati protokollar tərtib olunub.

Həmin MMC-nin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı üzrə də   araşdırma müvafiq bölmədə aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.