Kriminal

Qubada atasını xüsusi amansızlıqla öldürən yeniyetmənin məhkəməsi başlayır

23 Sentyabr 2020 12:18
Baxış: 1 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba rayonunda atasını qətlə yetirən gənc oğlanın barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə bu ilin fevral ayında Quba rayonunun Birinci Nügədi kəndində baş verib. Rusiya vətəndaşı Bəşarət Şükürov yaşadığı evdə oğlu, 2001-ci il təvəllüdlü Mətləb Şükürovla mübahisə edib. Mübahisə nəticəsində M. Şükürov mətbəx bıçağı ilə atasına çoxsaylı zərbələr endirərək qətlə yetirib. Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü(xüsusi amansızlıqla və ümumi təhlekəli üsulla qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, M. Şükürov saxlanılaraq istintaqa təhvil verilib.

Artıq cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlərə göndərilib. Ciayət işi hakim Əhməd Quliyevin icratına verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.