Kriminal

Həyətində narkotik becərən şəxs saxlanıldı - FOTO

17 Sentyabr 2020 18:14
Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq, məsuliyyətə cəlb edilmələri istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, şöbənin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında şübhəli bilinən rayonun Muxas kənd sakini Sahabir Hacıbalayev saxlanılıb.

Onun kənd ərazisində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 4 kq 345 qr 4 ədəd və qurutmaq üçün həyətyanı sahədəki tikilinin çardağında saxladığı çəkisi 2 kq 610 qr 2 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

S.Hacıbalayev ifadəsində narkotik vasitəni mart ayında becərdiyini, onlara xüsusi qulluq göstərdiyini etiraf edib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.