Kriminal

Mingəçevirdə amansız qətl: qardaş bacısını bıçaqladı

11 Sentyabr 2020 10:50
Baxış: 3 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevirdə bıçaqlanma hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Nizami küçəsində baş verib. 1986-cı il təvəllüdlü Yevlax rayon sakini Məmmədova Mirvari Yaşar qızı mübahisə zəminində bıçaqlanıb. 

Onun qoluna və sinəsinə 4 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 

İlkin məlumata görə, qadın doğmalarından biri tərəfindən vurulub. 

Aldığı çoxsaylı bıçaq xəsarətləri ilə  xəstəxanaya yerləşdirilən 34 yaşlı Mirvari Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb. 

Hadisə ilə bağlı prokurorluq məlumat yayıb.

Məlumatdan aydın olur ki, Mirvarini qardaşı qətlə yetirib: 

"Sentyabrın 10-da saat 21 radələrində Mingəçevir şəhəri ərazisində 1986-cı il təvəllüdlü Mirvari Məmmədovanın bıçaqlanaraq öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Mingəçevir Şəhər Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla zərərçəkmişin qardaşı 1985-ci il təvəllüdlü Malik Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mirvari Məmmədovaya çoxsaylı bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Malik Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.