Kriminal

Azərbaycanda partiya sədri Təhsil nazirliyinin sabiq idarə rəisinə qarşı 100 minlik dələduzluqda ittiham edilir

4 Sentyabr 2020 12:20
Baxış: 1 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda partiya rəhbərinə qarşı cinayət işi başlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Mübarizləri Partiyasının (AMP) sədri Ağadur Müslümov 100 min manat dələduzluqda ittiham olunur.

Partiya sədri İran vətəndaşı Khorazme Alireza Ghorban və Babayev İsaxan Teymur oğluna qarşı dələduzluq edib. A. Müslümova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci ( dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.

Sədr barədə olan cinayət işinin istintaqı başa çatdırılıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Zərərçəkmiş İsaxan Babayev Təhsil Nazirliyinin Tikinti İdarəsinin sabiq rəisi olub.

İsaxan Babayev polisə ərizə ilə müraciət edərək, 2013-cü ildə Ağadur Müslümova 100 min manat verdiyini, həmin şəxsin bunun müqabilində ona Təhsil Nazirliyinin idarə rəisi vəzifəsində qalmağa köməklik göstərəcəyini vəd etdiyini bildirib. Lakin A. Müslümov pulu alsa da, vədinə əməl etməyib. Misir Mərdanov Təhsil naziri vəzifəsindən getdikdən sonra İ. Babayev də işdən çıxarılıb.

A. Müslümova Cinayət Məcəlləsinin 178.3.2-ci ( dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.

Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Ağadur Müslümov APA-nın məsələ ilə bağlı sualını cavabsız qoyub.

"Mən tədbirdəyəm, sizinlə sonra əlaqə saxlayaram", - o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.