Kriminal

“Kişiyə yaraşan hərəkət deyil” - Mal-qara oğrusu üzr istədi - VİDEO - FOTO

3 Sentyabr 2020 15:31
Baxış: 1 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllıda mal-qara oğurlayan dostlar saxlanılıblar.

İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun 4 nəfər Qəzli və Quşencə kənd sakinləri onlara məxsus iribuynuzlu mal-qaranın oğurlanması barədə məlumat veriblər.

Milli.Az ARB-yə istindən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi dəyəri 10 min manata yaxın olan 7 baş iribuynuzlu heyvanı oğurlayan şəxslərin rayonun Quşencə kənd sakinləri Rasim Alızadə və İsrafil Alızadə olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılıblar.

Saxlanılan şəxslər ifadələrində oğurladıqları heyvanları Şamaxı, Bərdə və İsmayıllı rayonlarında satdıqlarını, əldə etdikləri pulu isə öz əyləncələri üçün xərclədiklərini bildiriblər.

Saxlanılan şəxs: "Ağılsızlığımızın ucbatından oldu. Etdiyimizə peşmanıq. Nəyə lazım idi? Kişiyə yaraşan hərəkət deyil. Camaat əziyyətlə heyvan saxlayır. Peşmanıq. Şeytan girdi qəlbimizə. Heyvanların yiyəsindən də üzr istəyirik".

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.