Kriminal

Döyüb 70 min manatlıq qızılını əlindən aldılar

6 Avqust 2020 16:18
Baxış: 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran Şəhər Rayon Polis Şöbəsinə avqustun 1-də saat 7 radələrində "VAZ-2106" markalı avtomobildə gəlmiş 2 nəfərin şəhər sakini T.Fətullazadəni döyüb içərisində 60000-70000 manat dəyərində qızıl-zinət əşyaları olan çantasını almaları barədə müraciət daxil olub.   

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.   

Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini N.Xəlilov, Masallı rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - İ.Məmmədli və Z.Hüseynzadə polis əməkdaşları tərəfindən saxlanılıblar.    

Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar edilərək götürülüb.  

Faktla əlaqədar cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.