Kriminal

Tanışı ilə birlikdə həmkəndlisinin evini yardı

4 Avqust 2020 12:19
Baxış: 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masallıda tanışı ilə birlikdə həmkəndlisinin evindən oğurluq edən rayon sakini saxlanılıb.

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Masallı rayonunun Sığıncaq kənd sakini Ş.Sarxanlıya məxsus yaşayış evindən gecə saatlarında dəyəri 5600 manat olan 2 ədəd televizorun, 1 ədəd mikrodalğalı soba və digər elektrik avadanlıqlarının oğurlanması ilə bağlı polisə müraciət edilib.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Masallı rayon Sığıncaq kənd sakini Elbrus Kazımov və Cəlilabad rayonunun Göytəpə şəhər sakini Həsənağa Abızadə olduğu müəyyən edilib. Oğurladıqları 2 ədəd televizor onlardan aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.